Ana Sayfa > Karusel / Dünya > Ruslar eyni anda 3 rayona hücum etdi 

Ruslar eyni anda 3 rayona hücum etdi 


19-08-2022, 10:19. Yazar: Admin

Ukraynanın Dnepropetrovsk vilayətinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində bir nəfər ölüb, bir uşaq isə yaralanıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Teleqram hesabında məlumat paylaşıb.

 

"Rusiya ordusu bir anda üç rayonu - Krivoy Roq, Sinelnikovski və Nikopolu atəşə tutdu. Krivoy Roq vilayətinin Apostolovski icmasında ruslar 36 yaşlı kişini öldürdülər. Perşe Travnya kəndində yaşayış evləri və qaz kəməri, elektrik xətləri zədələnib”,- deyə Rezniçenko qeyd edib.


Geri dön