Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan ermənilər kəndi tərk edərkən vandalizm aktları törətməyə davam edirlər.
Kəndi tərk edənlərdən daha biri yaşadığı evi yandırıb.
Məlumata görə, Arman Hayrapetyan adlı erməni evini yandırıb. Mətbuatda ermənilərin kompensasiya almaq üçün evlərini yandırdığı bildirilir.
Qeyd edək ki, Zabuxda qanunsuz məskunlaşan ermənilərə kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib.