Ana Sayfa > Karusel / Gündəm > Bakı metrosuna 4 yeni qatar gətirildi 

Bakı metrosuna 4 yeni qatar gətirildi 


8-06-2020, 11:48. Yazar: Admin

Bakı metrosuna 4 yeni qatar gətirildi

 

Bakıya daha dörd yeni metro qatarı gətirilib. 

“Bakı Metropoliteni” QSC-dən Qarabaginfo.az-a daxil olan məlumata görə, müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.B model olan qatarlar 20 vaqondan ibarətdir. 

Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır və “Metrovaqonmaş” müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda istehsal olunub.

Qeyd edək ki, bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir.

 


 


Geri dön