Ana Sayfa > Karusel / İdman > İlon Mask “Mançester Yunayted” futbol klubunu almaq istədiyini bildirib

İlon Mask “Mançester Yunayted” futbol klubunu almaq istədiyini bildirib


17-08-2022, 07:34. Yazar: Admin

İlon Mask

 

“Space X” və Tesla şirkətlərinin sahibi olan amerikalı sahibkar İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq niyyətində olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Mask bu barədə “Twitter“ hesabında məlumat yayıb.

O, ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı fikirlərinə münasibət bildirərkən, “Bundan başqa, mən “Mançester Yunayted”i alıram”,- deyə paylaşımında bildirib.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.


Geri dön