Ana Sayfa > Karusel / Region > Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"

Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"


16-08-2022, 17:06. Yazar: Admin

Ukraine war: Is the tank doomed? - BBC News

“Düşmən cəbhədə fəlakətlə üzləşib. Lakin dayanmaq fikrində deyil”.

Qarabaginfo.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenko deyib.

“Rusiya ordusu 3 günə Kiyevə girməyi planlaşdırırdı. Amma onlar hələ də Donetsk vilayətinin inzibati sərhədlərinə çata bilmirlər. Onların döyüşmək imkanlarının olmadığı aydındır. Amma hələ dayanmaq fikirləri yoxdur. Təəssüf ki, biz proseslərin sabah bitəcəyini düşünə bilmərik”.

Denisenkonun fikrincə, müharibənin sonu hələ çox uzaqdadır.

O, hazırda bir çox ərazilərdə şiddətli döyüşlərin getdiyini söyləyib.


Geri dön