Ana Sayfa > Karusel / Gündəm > FETÖ-çülərə qarşı əməliyyat - 14 hərbçi TUTULDU

FETÖ-çülərə qarşı əməliyyat - 14 hərbçi TUTULDU


16-08-2022, 14:09. Yazar: Admin

Türkiyə ordusunda FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən üç vilayətdə keçirilən əməliyyatlar zamanı terror təşkilatları ilə əlaqədə olan 14 hərbçi saxlanılıb.

 

Şübhəli şəxslərin terror təşkilatının gizli xəbərləşmə platforması olan taksofon-bufet telefonlarından istifadə etdikləri müəyyən olunub.

 

Hazırda təşkilatın digər üzvlərinin də saxlanılması üçün əməliyyatlar davam etdirilir.


Geri dön