Ana Sayfa > Karusel / Gündəm > Rusiya və BMT Zaporojye AES-i müzakirə etdi

Rusiya və BMT Zaporojye AES-i müzakirə etdi


15-08-2022, 23:50. Yazar: Admin

Rusiya və BMT Zaporojye AES-i müzakirə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, onlar Ukraynada Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasını müzakirə ediblər.

Danışıq zamanı həmçinin BMT-nin Rusiya ərzaq məhsulları və gübrələrinin ixracını asanlaşdırmaq təşəbbüsləri müzakirə edilib.


Geri dön