Ana Sayfa > Karusel > “Azərterminalkompleks”in rəhbərliyinə müvəqqəti təyinat olub
“Azərterminalkompleks”in rəhbərliyinə müvəqqəti təyinat olub15-08-2022, 16:22. Yazar: Admin |
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub. Bunu Qarabaginfo.az-a Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib. Onun sözlərinə görə, bununla bağlı Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, K.Aşurlu həm də “Azərterminalkompleks”in direktor müavini təyin edilib. Xatırladaq ki, o, 2019-cu ilin sonuna qədər Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Geri dön |