Ana Sayfa > Karusel / Region > Donbasda vurulan Malayziya təyyarəsi ilə bağlı qərar noyabrın 17-də açıqlanacaq
Donbasda vurulan Malayziya təyyarəsi ilə bağlı qərar noyabrın 17-də açıqlanacaq15-08-2022, 16:07. Yazar: Admin |
Hollandiya məhkəməsi 2014-cü ilin iyulunda Ukraynada hərbi münaqişə zamanı Donetsk vilayətində vurulan sərnişin təyyarəsi ilə bağlı qərarı noybarın 17-də açıqlayacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Xatırladaq ki, 17 iyul 2014-cü ildə Donetsk vilayətində Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsinin vurulması nəticəsində təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olmuşdu. Hadisəyə görə Ukrayna tərəfi Rusiyanın dəstək verdiyi separatçıları ittiham etmişdi.(Apa) Geri dön |