Ana Sayfa > Karusel / Təhsil > X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb

X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb


15-08-2022, 14:27. Yazar: Admin

 

Təhsil Nazirliyinin binası Azərbaycan bayrağına bürünüb | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

15 avqust saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.


Geri dön