Ana Sayfa > Karusel / Gündəm > Putin Paşinyana başsağlığı verdi

Putin Paşinyana başsağlığı verdi


15-08-2022, 14:02. Yazar: Admin

Rusiya prezidenti Vladimir Putin İrəvandakı “Sürmali” ticarət mərkəzində baş vermiş partlayış və yanğınla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana başsağlığı verib.


Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 16 nəfər itkin düşmüş sayılır.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.


Geri dön