Ana Sayfa > Karusel / Gündəm > İrəvan metrosunda bomba aşkarlanmadı

İrəvan metrosunda bomba aşkarlanmadı


14-08-2022, 23:00. Yazar: Admin

İrəvan metrosunda bomba aşkarlanmadı

İrəvanda metroya bomba qoyulması ilə bağlı həyəcan siqnalından sonra sərnişinlər təxliyə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər və kinoloqlar ibarət briqadalar gedib. Təhlükəsizlik məqsədilə təxliyə işləri aparılır. Bütün metro stansiyalarının minalanması ilə bağlı anonim xəbərin daxil olmasından sonra metronun hərəkəti dayandırılıb.

Həmçinin parlamentə, hərbi və mülki obyektlərə də bomba qoyulması ilə bağlı məlumat daxil olub.


Geri dön