Ana Sayfa > Karusel / Gündəm > 13 "Əl-Şəbab" terrorçusu məhv edildi
13 "Əl-Şəbab" terrorçusu məhv edildi14-08-2022, 21:59. Yazar: Admin |
Somali və ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində "Əl-Şəbab" terrorçularına ağır zərbələr endirilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Əməliyyat Hiran bölgəsində keçirilib. Ölənlər arasında Əl-Şəbab komandirləri də var. ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) hələ rəsmi məlumat yaymayıb. ABŞ hərbi kontingenti 2021-ci ilin yanvarında Somalidən tamamilə çıxarılıb, lakin AFRICOM Somali ərazisindəki hədəfləri vurmaq üçün qonşu Afrika ölkələrində yerləşən pilotsuz uçuş aparatlarından istifadə edir. Geri dön |