Ana Sayfa > Karusel / Gündəm > Yeni superavtomobil təqdim ediləcək

Yeni superavtomobil təqdim ediləcək


14-08-2022, 16:08. Yazar: Admin

Danimarkanın “Zenvo” şirkəti Kaliforniyada keçiriləcək Monterey Avtomobil Həftəsi çərçivəsində yeni modelini təqdim edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu ay nümayiş etdiriləcək avtomobilin təqdimat mərasimi qapalı olacaq və tədbirə yalnız brendin ən sadiq pərəstişkarları dəvət ediləcək.

“Zenvo”nun Baş Kommersiya Direktoru və İdarə Heyətinin sədri Yens Sverdrup ən azı iki “Zenvo TSR-S”in “Broadway”dəki “Exotics” tədbirlərində iştirak edəcəyini təsdiqləyib. Yeni model barədə təfərrüatlar isə açıqlanmayıb.

Xatırladaq ki, bu gün “Zenvo Automotive” ailəsinə “Zenvo ST1” kupesi, eləcə də onun əsasında hazırlanmış “Zenvo TSR”, “Zenvo TSR-S” və “Zenvo TS1 GT” avtomobilləri daxildir. Danimarka superkarlarının hər birinin qiyməti təxminən bir milyon yarım avrodur. (modern.az)


Geri dön