Ana Sayfa > Karusel / Gündəm > “Qarabağ” - “Viktoriya” oyununun biletlərinin satışında problem yaranıb

“Qarabağ” - “Viktoriya” oyununun biletlərinin satışında problem yaranıb


14-08-2022, 14:50. Yazar: Admin

“Qarabağ” - “Viktoriya” oyununun biletlərinin satışında problem yaranıb

“Qarabağ FK-nın Çempionlar Liqasındakı matçlarına böyük maraq olduğu üçün iTicket.az saytında xüsusi hazırlıqlar görülmüşdü. Bu mərhələdə maraq səviyyəsi daha yüksək olduğuna görə eyni anda 100000-dən çox şəxs sayta daxil oldu və texniki problemlər aşkarlandı”.

Bu barədə qurumdan məlumat verilib.

Qeyd edilib ki, serverlərdə bu yüklənməyə görə problem yaranıb: “Yaranmış vəziyyətlə bağlı təəssüf hissi keçiririk. Hal-hazırda texniki işlər görülür. Qeyd edək ki, hazırda kassalarda fiziki satış fəaliyyəti mövcuddur, bilet əldə edə bilərsiniz. Tezliklə yaranmış bütün problemlər aradan qaldırılacaq. Yenidən xidmətimizdən yararlana biləcəksiniz. Bizi izləməyə davam edin!”.

Qeyd edək ki, bu gün avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) oyununun biletləri satışa çıxarılıb.


Geri dön