Ana Sayfa > Karusel / Gündəm > Pakistanda güclü yağış daha 10 nəfərin həyatına son qoydu

Pakistanda güclü yağış daha 10 nəfərin həyatına son qoydu


13-08-2022, 20:58. Yazar: Admin

Pakistanın Bəlucistan və Sind əyalətlərində güclü yağışlar nəticəsində daha 10 nəfər həyatını itirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Təkcə Bəlucistanın Kila Abdullah şəhərində daşqın nəticəsində 6 nəfər ölüb.

Bölgədə iyunun 1-dən musson yağışlarında ölənlərin sayı 182-yə yüksəlib.

Səlahiyyətlilər bir çox kənd təsərrüfatı sahəsinin su altında qaldığını və 40 mindən çox evə ziyan dəydiyini bildirib.

Bütün regionda 2100 kilometr avtomobil yolu və 25 körpü də yağışlar nəticəsində zədələnib.


Geri dön