Ana Sayfa > Karusel / Gündəm > Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya verəcək

Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya verəcək


13-08-2022, 18:52. Yazar: Admin

Slovakiya Sovet istehsalı olan bir neçə MiQ-29 qırıcısını Ukraynaya təhvil verəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə RTVS telekanalı Slovakiya müdafiə naziri Yaroslav Nada istinadən məlumat yayıb.

Ukraynanı Sovet silahları ilə təmin etdiyinə görə Slovakiya NATO-nun müasir hərbi texnikasını almaq istəyir.

Nazir Slovakiyanın Ukrayna Silahlı Qüvvələrinə qırıcı təyyarələri nə vaxt göndərməyi planlaşdırdığını açıqlamayıb. RBC-Ukrayna qeyd edir ki, Slovakiya Silahlı Qüvvələrinin arsenalında hazırda 11 və ya 12 MiQ-29 var.


Geri dön