Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Yaponiyada qasırğa səbəbilə 70 mindən çox insan təxliyə edilib
Yaponiyada qasırğa səbəbilə 70 mindən çox insan təxliyə edilib13-08-2022, 17:13. Yazar: Admin |
Yaponiyanın paytaxtı Tokio istiqamətinə yaxınlaşan "Meari" qasırğası səbəbindən Şizuoka sahil prefekturasında 72 mindən çox insan təxliyə edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Yaponiya hökumətinin qiymətləndirməsinə görə, bu, mümkün beş təhlükə səviyyəsindən dördüncüsüdür. Bu səbəbdən səlahiyyətli şəxslər sakinlərin təxliyəsinə dair göstəriş verib. Bildirilib ki, qasırğa səbəbindən 200-dən çox reys, eləcə də bir sıra prefekturalar arasında bərələrin hərəkəti ləğv edilib. Geri dön |