Ana Sayfa > Karusel / Gündəm > Monteneqroda naməlum şəxs 11 nəfəri öldürüb

Monteneqroda naməlum şəxs 11 nəfəri öldürüb


12-08-2022, 21:58. Yazar: Admin

Monteneqronun Çetinye şəhərində naməlum şəxsin ətrafdakı insanlara açdığı atəş nəticəsində 11 nəfər ölüb, daha altı nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “RTCG” nəşri polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 34 yaşlı cinayətkar şəhərin küçələri ilə gedərək yoldan keçənləri güllələyib və yaralıların yanına təcili yardımı buraxmayıb. Bir polis başından yaralanıb.

Məlumata görə, atəş açan şəxs polis tərəfindən öldürülüb.


Geri dön