Ana Sayfa > Karusel / Gündəm > ÜDM-in strukturunda neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib
ÜDM-in strukturunda neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib12-08-2022, 18:49. Yazar: Admin |
Bu ilin yanvar-iyun aylarında ÜDM-in strukturunda neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib və aparılmış təhlillər iqtisadi artımın qeyri neft-qaz sahələri hesabına təmin olunduğunu deməyə əsas verib. Qarabaginfo.az-ın xəbərinə görə, bu, Hesablama Palatasının 2022-ci il dövlət büdcəsinin icrasına dair yarımillik məlumatında əksini tapıb. İqtisadi artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2%-ə bərabər olub. Qeyri neft-qaz sahələrinin 9,6%-lik artımı fonunda neftqaz sahələri üzrə cüzi artımın (0,2%) qeydə alınması iqtisadi artımda neft amilinin rolunu azaldıb. ÜDM-in həm neft, həm də qeyri-neft sahələrində nominal artımların qeydə alınması dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib. Geri dön |