Ana Sayfa > Karusel / Qarabağ > Xankəndi və yeni dəhliz tam nəzarətimiz altında!

Xankəndi və yeni dəhliz tam nəzarətimiz altında!


12-08-2022, 10:39. Yazar: Admin

Xankəndi və yeni dəhliz tam nəzarətimiz altında! Ölkənin tanınmış hərbi eksperti Alp Arslan İmamqulu ordumuzun Qarabağda nəzarətə aldığı son yüksəkliklərin əhəmiyyətini şərh edib.

Ekspertin dəyərləndirməsi aşağıdakı məzmundadır: 

"Cənubdan şimala yaşıl rənglə işarələnmiş Sarıbaba, Qırxqız və Buzdağ yüksəklikləri ən başda qərb sərhədlərimiz boyunca yol güzargahını tam olaraq nəzarətdə tutmağımızı təmin edir. 

Sarıbaba, Qırxqız və mavi rənglə işərələnmiş Fərrux yüksəklikləri isə ayrıca olaraq qırmızı dairəyə alınmış Xankəndinə gedən bütün yaxınlasma istiqamətlərinə müşahidə imkanı yaradır. 

Digər bir tərəfdən Sarıbaba və Qırxqız yüksəkliklərindən yeni çəkilən Laçın yonunun ətraf perimetrinə tam nəzarət mümkündür. Ayrıca Qırxqız yüksəkliyi isə Agdərə Kəlbəcər yolu və Sərsəng su anbarına gedən əsas güzərgahlara yaxınlaşma yollarına vizial müşahidə üçün strateji əhəmiyyətlidir".

Ekspertin qısa, lakin peşəkar şərhindən anlaşılan budur ki, nəzarətə götürdüyümüz 4 yüksəklik Laçın dəhlizinə alternativ olan yeni yolu tam "görür", gələcəkdəki Sərsəng su anbarı əməliyyatına geniş imlanlar yaradır. Üstəlik, Xankəndi də ordumuzun tam və əhatəli müşahidəsi altındadır./ Musavat.com

 


Geri dön