Ana Sayfa > Karusel / Gündəm > Türkiyə Krım tatarlarına yaşayış icazəsi verməyə başlayıb
Türkiyə Krım tatarlarına yaşayış icazəsi verməyə başlayıb12-08-2022, 00:19. Yazar: Admin |
Türkiyə avqustun əvvəlindən Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. Qarabaginfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə qərar daxili işlər naziri Süleyman Soylunun təşəbbüsü ilə 2022-ci ilin iyununda verilib. “Türk köklü soydaşlar” statusu Krım tatarlarına da şamil edilib. Əvvəllər bu status Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklərə aid edilirdi. Digər əcnəbilərin Türkiyədə uzunmüddətli yaşayış icazəsi almaq üçün səkkiz il davamlı olaraq ölkədə qalması lazımdır. 2002-ci ildən bu yana 102 minə yaxın Ahıska türkü və 6800-ə yaxın uyğur Türkiyə vətəndaşlığını qəbul edib. Geri dön |