Ana Sayfa > Karusel / Gündəm > Ankarada Səfirlər Konfransı başa çatdı

Ankarada Səfirlər Konfransı başa çatdı


11-08-2022, 23:50. Yazar: Admin

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Ankara şəhərində rəsmi açılışı keçirilən “2023-Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII Səfirlər Konfransı yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu konfransın nəticələri ilə bağlı avqustun 11-də Ankarada mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, konfrans çərçivəsində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyi, iki qardaş ölkənin ortaq diplomatik fəaliyyətinin hədəfləri, qarşıda duran vəzifələr barədə iştirakçılara müfəssəl məlumat verib.


Geri dön