Ana Sayfa > Karusel / Qarabağ > “Hraparak”: “Ermənilər Xankəndidən də qovulacaqlar” 

“Hraparak”: “Ermənilər Xankəndidən də qovulacaqlar” 


11-08-2022, 17:37. Yazar: Admin

“Hraparak”: “Ermənilər Xankəndidən də qovulacaqlar” 

“Laçın, Zabux və Sus icmalarının sakinlərinin əmlakının təxliyyəsi dövlət səviyyəsində təşkil olunub”. 

Qarabaginfo.az xəbər verir ki, “Hraparak” qəzeti belə yazır. “Dövlət idarələrinin avtomobilləri bütün günü yük daşıyır. Elə ailələr var ki, artıq əmlaklarını Qarabağın başqa bölgələrinə, çoxu isə Ermənistana köçürüblər. Amma hələ heç kim tam köçməyib. Üç icmada ümumilikdə 100-ə yaxın ailə, 350 nəfər yaşayır. Qarabağda bizə dedilər ki, ilkin məlumatlara görə, bu icmalarda yaşayan insanların yalnız 10-15 faizi Qarabağda yaşayış yeri yaratmaq arzusunu bildirib. 

Şübhə yoxdur ki, Ermənistanın Baş naziri Paşinyan erməniləri sistemli şəkildə Qarabağdan çıxarır. Əks halda, evakuasiya edilmiş vətəndaşlar mütləq Qarabağa yerləşdirilərdi, onlara Ermənistan və ya Qarabağ seçimi verilməzdi. Bu halda isə insanlar Ermənistana köçməyə üstünlük verirlər. Çünki onlar inanırlar ki, Paşinyanın müəmmalı qərarı nəticəsində bir gün ermənilər Xankəndidən və Qarabağın digər yaşayış məntəqələrindən qovulacaqlar”,-adıçəkilən mənbə qeyd edir.(Cebhə.İnfo) 


Geri dön