Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı


11-08-2022, 17:10. Yazar: Admin

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 766 vaksin vurulub.

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1 116, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 834 313 təşkil edir.

 


Geri dön