Ana Sayfa > Karusel / Gündəm > Rusiya daha iki ölkəyə hücum edəcək: Hansı ölkələrdən söhbət getdiyi məlumdur

Rusiya daha iki ölkəyə hücum edəcək: Hansı ölkələrdən söhbət getdiyi məlumdur


11-08-2022, 15:38. Yazar: Admin

 

2022/08/1660199062.jpg
    
Rusiya Ukraynadakı ambisiyaları ilə dayanmayacaq. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, digər ölkələr Putinin qarşıdan gələn hücumuna indidən hazırlaşmalıdırlar.

O, ISLND TV-yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun növbəti bəyanatından sonra belə qənaətə gəldiyini bildirib. Danilovun qeyd etdiyi kimi, söhbət Moldova və Qazaxıstandan gedir.

“Lavrov ötən gün dedi ki, qazaxlar və moldovalılar qardaşdır, hazır olun, qardaş qazaxlar və qardaş moldovalılar”, - deyə Danilov bildirib.

Rusiya hazırda öz nəzarəti altında olan Moldovanın Dnestryanı bölgəsində vəziyyəti gərginləşdirir, kəşfiyyat məlumatlarına görə, Moskva onu Moldova və Ukraynaya qarşı hücum üçün tramplinə çevirmək niyyətindədir. Qazaxıstana gəlincə, həmin ölkədə baş verən hadisələrdən sonra Rusiya Çin və Türkiyənin tələbi ilə qoşunlarını geri çəkməli oldu. Rusiyanın təbliğat maşını Rusiyanın Qazaxıstana qarşı ərazi ambisiyalarını gizlətmir. Astana öz siyasətini aparır və Rusiyaya sanksiyalardan yan keçməyə kömək etməyəcəyini bəyan edib.

Geri dön