Ana Sayfa > Karusel / Gündəm > Ukraynanın müdafiə naziri sülh danışıqlarının şərtini açıqladı

Ukraynanın müdafiə naziri sülh danışıqlarının şərtini açıqladı


11-08-2022, 11:59. Yazar: Admin

Ukraynanın müdafiə naziri sülh danışıqlarının şərtini açıqladı Ukrayna müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların şərtini açıqlayıb.

Qarabaginfo.az “Ukrinform”a istinadla xəbər verir ki, o deyib:

“Rusiya ilə danışıqlar o zaman mümkündür ki, Ukraynanın tərəfdaşları masa arxasnda əyləşsin. "Referendum" keçiriləcəyi halda, biz heç bir danışıqlardan söhbət getməyəcək. Amma rusiyalılarla danışıqlar şansı mümkündür. Tərəfdaşlarımız masa arxasında otursalar, bu, mümkün olacaq”.

Reznikov, həmçinin, xatırladıb ki, "Minsk-3" razılaşmasını əldə etməyin mənası yoxdur.

Nazirin fikrincə, Ukraynadakı müharibə Suriya və Koreya ssenarisi ilə bitə bilməz: “Yeganə variant Ukrayna Silahlı Qüvvələrinin qalib gəlməyinə inanmaqdır. Rusiya hələ 2014-cü ildə silahlı münaqişəni dondurmaq şansını əldən verdiyi üçün Ukraynada hərbi əməliyyatlar “Koreya ssenarisi” ilə bitə bilməz. Həmçinin Suriya ssenarisi də mümkün deyil. Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından resursu tükənir. Bizim isə tərəfdaşlarımız var. Bu, kollektiv Qərbdir".

Xatırladaq ki, daha əvvəl ekspertlər savaşın qış ayında bitəcəyini istisna etməmişdilər.


Geri dön