Ana Sayfa > Karusel / Gündəm > İŞİD-in Suriyadakı rəhbəri zərərsizləşdirilib
İŞİD-in Suriyadakı rəhbəri zərərsizləşdirilib11-08-2022, 00:22. Yazar: Admin |
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı rəhbəri Əbu Salim əl-İraqi zərərsizləşdirilib. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə rəsmi SANA agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, Suriya ordusu Dəraa vilayətində xüsusi əməliyyat keçirib. Hökumət qüvvələri ilə döyüşdə yaralanan əl-İraqi son anda özünü partladıb. Məlumatı baş ofisi Londonda yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidəsi Qrupu da təsdiqləyib. Geri dön |