Ana Sayfa > Karusel / Gündəm > İƏT-dən Ermənistana ÇAĞIRIŞ

İƏT-dən Ermənistana ÇAĞIRIŞ


10-08-2022, 22:59. Yazar: Admin

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 3-də qanunsuz silahlı dəstələrin Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində hərbçi Anar Kazımovun həlak olmasını pisləyən bəyanat yayıb.

Qarabaginfo.az xəbər verir ki, bəyanatda Ermənistana çağırış edilib.

İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.

İƏT Baş Katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Geri dön