Ana Sayfa > Karusel / Gündəm > Türkiyə hərbçisi İraqın şimalında şəhid olub

Türkiyə hərbçisi İraqın şimalında şəhid olub


10-08-2022, 17:40. Yazar: Admin
Türkiyə hərbçisi İraqın şimalında şəhid olub

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirilən “Pəncə- Kilid” əməliyyatı zonasında şəhid verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, çavuş Mahsun Şimşek terrorçuların təxribatı nəticəsində şəhid olub.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.


Geri dön