Ana Sayfa > Karusel / Gündəm > Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub

Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub


10-08-2022, 17:12. Yazar: Admin
Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı iyul ayının sonunda İranda baş verən sel fəlakəti, Türkiyə-İran ikitərəfli əlaqələri, Yaxın Şərqdəki son hadisələr və nüvə sazişi haqqında danışıqlar müzakirə edilib.


Geri dön