Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.


Bundan əlavə, Mehriban Əliyeva və Leyla Əliyeva Mövlanə Muzeyini ziyarət edərək Mövlanə Cəlaləddin Ruminin tabutu önündə dua ediblər. Leyla Əliyeva öz feysbuk səhifəsində həm açılış mərasimindən, həm də Mövlanə Muzeyini ziyarətdən fotolar paylaşıb.