Ana Sayfa > Karusel / Region > Rusiya işğal etdiyi ərazinin Ukrayna tərəfindən atəşə tutulmasına görə BMT TŞ-nin iclasını çağırıb

Rusiya işğal etdiyi ərazinin Ukrayna tərəfindən atəşə tutulmasına görə BMT TŞ-nin iclasını çağırıb


10-08-2022, 11:55. Yazar: Admin

 

BMT TŞ Ukraynanın ərzaq təhlükəsizliyi ilə bağlı iclas keçirəcək

Rusiya işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukrayna tərəfindən atəşə tutulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS Rusiyanın BMT-dəki daimi nümayəndəliyindəki mənbəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya həmçinin bu iclasın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakı keçirilməsini istəyib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski informasiyanı təsdiqləyib.

Qeyd edək ki, Zaporojye AES Ukraynanın Enerqodar şəhərində yerləşir, quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ukraynada müharibənin başlamasından 4 gün sonra - fevralın 28-də Rusiya Müdafiə Nazirliyi Zaporojye AES-in ələ keçirildiyini açıqlayıb. Buna baxmayaraq, stansiyanın rəhbərliyi Ukrayna operatorlarında qalır.(Report)


Geri dön