Ana Sayfa > Karusel / Region > Ermənilərin İrəvan qorxusu: Paşinyanı devirəcəklər? – Bakı buna hazırlaşır...
Ermənilərin İrəvan qorxusu: Paşinyanı devirəcəklər? – Bakı buna hazırlaşır...10-08-2022, 11:37. Yazar: Admin |
44 günlük Vətən müharibəsilə Qarabağ arzuları puç olan ermənilər indi də İrəvanın Azərbaycanın nəzarətinə keçəcəyindən təlaşa düşüblər. Ermənistan parlamentinin deputatı Tiqran Abramyan həyəcan təbili çalaraq, Bakını dayandırmaq üçün Paşinyan hakimiyyətinin devrilməsinə çağırış edib.
“Ermənistan hakimiyyəti təcili olaraq dəyişdirilməlidir. Hazırki hakimiyyət Azərbaycanın bütün tələblərini həyata keçirir. Azərbaycan qoşunları Qarabağda yenidən təşkil olunur. Hazırda Ermənistan çətin seçim qarşısındadır. Ölkədə hakimiyyət dəyişikliyi olmalıdır, əgər bu olmasa, əks halda Azərbaycan İrəvana köçmək üçün qanuni əsaslar hazırlayır, imkan olan kimi irəli gedəcəklər. Ermənistan hakimiyyətinin indi hərəkətə keçmək, addım atmaq imkanı yoxdur”, - Abramyan qorxularını dilə gətirib.
Maraqlıdır, Abramyanın timsalında ermənilərin İrəvan qorxusu nədən qaynaqlanır?
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan politoloq Cümşüd Nuriyev hesab edir ki, deputat Tiqran Abramyanın müraciəti Ermənistanda dövlət çevrilişinə çağırışdır:
Cümşüd Nuriyev düşünür ki, İrəvanın Bakının nəzarətinə keçəcəyi haqda çıxış əslində Azərbaycanı dünyada guya işğalçı kimi təqdim etmək istəyindən irəli gəlir:
“Əslində onun çıxışı təxribat məqsədi daşıyır. Əlbəttə, Azərbaycan tərəfi demir ki, bu saat İrəvana gedirik. Biz hər şeyin qarşılıqlı olacağını deyirik. Ermənilər Azərbaycana qarşı iddia qaldırdığı kimi, rəsmi Bakı da tarixi torpaqlarımızla bağlı haqlı olaraq iddia qaldıra bilər. İrəvanın Azərbaycan torpağı olduğu hər kəsə bəllidir. Ermənilərin özləri də bunu yaxşı bilirlər. O da məlumdur ki, İrəvan Ermənistana 99 illiyə icarəyə verilib. Bu vaxt 2017-ci ildə bitib. Rəsmi səviyyədə dəfələrlə bildirmişik ki, icarəyə verilən torpağı geri ala bilərik. Beynəlxalq hüquq buna imkan verir”.
Politoloqun sözlərinə görə, Ermənistan tərəfindən səslənən təxribatçı bəyanatlar sülh hazırlığı prosesinə ciddi ziyan vurur:
“Ermənilər özləri dövlət çevirilişinə çağırırlar. Eyni zamanda, Azərbaycana siyasi təsir göstərməyə can atırlar. Ancaq bunlar Azərbaycan üçün təsirli deyil. Çünki Azərbaycan beynəlxalq hüquqa əsasən hərəkət edir. Eyni zamanada Azərbaycanın Ermənistana təqdim etdiyi 5 təklifin içində İrəvana qayıdış məsələsi qeydə alınmayıb.
Əlbəttə, bu gün Azərbaycan Zəngəzur dəhlizinin açılmasında iddialıdır. Azərbaycan dəhlizin açılmasına hazırlaşır. Bizim kiminsə torpağında gözümüz olmayıb, bundan sonra da olmayacaq. Başqa heç nə yoxdur. Dəfələrlə demişik ki, əgər Zəngəzur dəhlizi açılmasa, onda biz də Laçın dəhlizini, yaxud yeni yolu bağlayacağıq. Başqa heç nə yoxdur”.
C. Nuriyev Ermənistanın narahatlığının səbəbinə də toxunub:
"Ermənilər həm də ona görə narahatdırlar ki, vaxtilə Bakıdan, başqa yerdən Ermənistana getmiş ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşığı almaq üçün müraciət edirlər. Bu, özlüyündə Azərbaycanın uğurlu xarici siyasətinin göstəricisidir. Siyasətin əsası hədəflərə çatmaqdır. Azərbaycan artıq hədəflərinə çatmaqdadır. Bu da Ermənistan hakimiyyətini ciddi narahat edir". Geri dön |