Ana Sayfa > Karusel / Gündəm > Melitopolda Vahid Rusiyanın qərargahı partladıldı

Melitopolda Vahid Rusiyanın qərargahı partladıldı


10-08-2022, 10:32. Yazar: Admin

 

Partizanlar işğal olunmuş Melitopolda (Zaporojye vilayəti) Vahid Rusiya Partiyasının qərargahını partladıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “RİA Melitopol” məlumat yayıb.

“Avqustun 8-dən 9-na keçən gecə saat 22:00 radələrində şəhərin mərkəzində Vahid Rusiya qərargahının yaxınlığında partlayış baş verib. Bu dəfə itki olmasa da, partizanlar saxta referendumun təşkilində iştirak etmək qərarına gələn hər kəsə “salam” göndəriblər. Heç kimə mərhəmət olmayacaq! Yerli satqınlar bunu başa düşürlər”, - məlumatda deyilib.

 


Geri dön