Ana Sayfa > Karusel / Səhiyyə > TƏBİB Ağdam Xəstəxanasının 12 əməkdaşının zəhərlənməsi ilə bağlı məlumat yayıb

TƏBİB Ağdam Xəstəxanasının 12 əməkdaşının zəhərlənməsi ilə bağlı məlumat yayıb


9-08-2022, 15:29. Yazar: Admin

 

TƏBİB açıqlama yayıb

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.

Bu barədə Qarabaginfo.az-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır.


Geri dön