Ana Sayfa > Karusel / Gündəm > Yasamalda 18 il əvvəl nənə və nəvəni öldürən şəxslərin məhkəməsi başlayır
Yasamalda 18 il əvvəl nənə və nəvəni öldürən şəxslərin məhkəməsi başlayır9-08-2022, 11:08. Yazar: Admin |
Bakının Yasamal rayonunda 18 il əvvəl nənə və nəvəni öldürən şəxslərin cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan Qarabaginfo.az-a verilən məlumata görə, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə faktı bağlı cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 2 milyon 951 min 400 manat və 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Geri dön |