Ana Sayfa > Karusel / Gündəm > Rusiyada təyyarə qəzası: 3 nəfər ölüb

Rusiyada təyyarə qəzası: 3 nəfər ölüb


8-08-2022, 16:48. Yazar: Admin
Rusiyada təyyarə qəzası: 3 nəfər ölüb

Rusiyanın Komi Respublikasının Uxta şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Qarabaginfo.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli təcili xidmət idarəsindən bildirilib.

“Cessna” yüngül mühərrikli təyyarə eniş edərkən qəzaya uğrayıb”, - xidmətin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 3 nəfər olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi hadisənin şəraitini və səbəbini araşdırır.


Geri dön