Ana Sayfa > Karusel / İqtisadiyyat > AMB-də daha iki departamentin adı dəyişdirilib, yeni iki departament və bir şöbə yaradılıb

AMB-də daha iki departamentin adı dəyişdirilib, yeni iki departament və bir şöbə yaradılıb


8-08-2022, 15:19. Yazar: Admin

Azərbaycan Respublikası Mərkəzi Bankı — Vikipediya

 

Azərbaycan Mərkəzi Bankının (AMB) "Kapital bazarına nəzarət departamenti"nin adı "Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə, "Korporativ İdarəetmə Departamenti"nin adı "Korporativ idarəetmə və katiblik departamenti"nə dəyişdirilib. 

 

Bundan başqa, AMB-nin Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi Departamenti, əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb. 

Məlumata görə, indiyə Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub. 

Xatırladaq ki, bundan əvvəl AMB-nin "İnzibati departament"inin və "Sığorta fəaliyyətinə nəzarəti departamenti"nin adı müvafiq olaraq "İnzibati və satınalmalar departamenti"nə və "Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə dəyişdirilib.


Geri dön