Qarabaginfo.az xəbər verir ki, səfir Məmmədov ziyarət zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından Şəhidliyə əklil qoyub. 

Bir dəqiqəlik sükutla başlayan mərasimdə çıxış edən Çavuşoğlu 1973-cü ildən bu yana terror təşkilatlarının Türkiyənin xaricdəki nümayəndəliklərini hədəfə aldığı hücumlarda diplomatlar və onların ailə üzvlərindən 41 nəfərin şəhid olduğunu vurğulayıb.

Tədbirdə həmçinin Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, nazir müavinləri Sedat Onal, Faruk Kaymakçı, Yavuz Selim Kıran, Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının vəzifəli şəxsləri və Türkiyənin xaricdəki nümayəndəliklərinin rəhbərləri də iştirak edib.