Ana Sayfa > Karusel / Dünya > Yunanıstanda erməni casusluğu ifşa olundu 

Yunanıstanda erməni casusluğu ifşa olundu 


8-08-2022, 12:35. Yazar: Admin

Ermənistan casus proqramından istifadə edərək Yunanıstanda telefon danışıqlarını dinləyib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

 

Məlumata görə, Yunanıstanın “PASOK” partiyasının sədri Nikos Andrulakisin telefonları Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənilib.

 

Yunanıstan kəşfiyyatının rəhbəri Andrulakisin mobil telefonunun Ermənistan xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənildiyini etiraf edib.

 

Ermənistan tərəfi bu məlumatları inkar etsə də, Yunanıstan telefon dinləmələri ilə bağlı araşdırma başladıb.(Modern.az) 


Geri dön