8 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə yola düşüb.
Bu barədə Qarabaginfo.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, Ceyhun Bayramov Türkiyə Respublikasının 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə Ankara şəhərinə gedib.