Ana Sayfa > Karusel / Gündəm > Hamilə qadının qarnından vuran Almaniyanın top-klubunun futbolçusunu 10 il həbs gözləyir
Hamilə qadının qarnından vuran Almaniyanın top-klubunun futbolçusunu 10 il həbs gözləyir7-08-2022, 14:43. Yazar: Admin |
Almaniya prokurorluğu Dortmund "Borussiya"sının futbolçusu Niko Şultsla bağlı araşdırmaya başlayıb. O, ağır cinayətdə ittiham olunur. Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb. Şultsun keçmiş sevgilisi hüquq-mühafizə orqanlarına müraciət edərək məişət zorakılığından şikayət edib. İyun ayında futbolçunun keçmiş sevgilisinin vəkili 2020-ci ildə baş vermiş çoxsaylı məişət zorakılığı hadisələrinə görə məhkəməyə müraciət edib. Söhbət 7 fiziki zorakılıqdan gedir. Vəkil 76 səhifəlik mesajların skrinşotları və qançırların fotoşəkillərini sübutlarla birlikdə prokurorluğa göndərib. İttiham tərəfinin danışdığı ən sarsıdıcı vəziyyət Şultsun qızının doğulmasına iki həftə qalmış qadının qarnına vurduğu zərbə olub. “WhatsApp”da Niko ilə yazışmalarda hətta qurbanın övladını itirməkdən qorxduğunu və ağrıları olduğunu bildirən mesaj da var. Buna futbolçu cavab verib: "Üzr istəyirəm". Bildirilir ki, Dortmund "Borussiya"sının və Almaniya millisinin futbolçusu 10 ilədək həbs cəzası ala bilər. Geri dön |