Ana Sayfa > Karusel / Gündəm > Rusiya və Türkiyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıb
Rusiya və Türkiyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıb5-08-2022, 22:20. Yazar: Admin |
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıblar. Qarabaginfo.az-ın “TASS“-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına dair bildirib. “Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükününün vacib komponenti müzakirə olunub. Danışıqlar əsnasında prezidentlər razılaşdırdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, - Novak bildirib. Geri dön |