Ana Sayfa > Karusel / Region > Zelenski Çinlə bağlı hiyləgər planı olduğunu etiraf etdi...

Zelenski Çinlə bağlı hiyləgər planı olduğunu etiraf etdi...


5-08-2022, 17:17. Yazar: Admin
Zelenski Çinlə bağlı hiyləgər planı olduğunu etiraf etdi...
"Çin bütün dünyanı lərzəyə salan müharibədən kənarda qala bilməyəcək..."
"Çin böyük və güclü dövlət kimi Rusiya Federasiyasını yerində oturda bilər..."
 
 "Çin bazarı olmadan Rusiya özünü tam iqtisadi təcriddə hiss edəcək..."
 
"Çin iqtisadiyyatı yaxın zamanlarda Rusiya-Ukrayna münaqişəsinin neqativ təsirini hiss edəcək..."
 
"Bütün dünya Rusiya tiraniyasına qarşı birləşməlidir..."
 
Zelenski Çin Xalq Respublikasının rəhbəri Si Tzsinpinlə birbaşa danışıq imkanlarını arayır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Qonkonqun ingilisdilli "South China Morning" qəzetinə müsahibəsində bəyan edib.
 
Jurnalistlər Zelenski ilə videoəlaqə formatında 40 dəqiqə söhbət ediblər.
 
"Mən Çin prezidenti ilə birbaşa danışmaq istərdim. Mənim bir dəfə Si Tszinpinlə söhbətim olub, bu, bir il öncə baş verib. Rusiyanın fevralın 24-də genişmiqyaslı təcavüzü başlanandan biz danışıq haqqında rəsmən xahiş etmişik, lakin biz Çinlə bir dəfə də olsun danışmamışıq, hərçənd, mən bunun faydalı olacağını hesab edirəm", - Ukrayna prezidenti qeyd edib.
 
O, Çin lideri ilə müzakirə üçün bir neçə mövzunu qeyd edib, ən əsası Çinin Rusiya ilə iqtisadi əlaqələridir. Zelenski əmin edib ki, Çinin Rusiyaya iqtisadi təsir rıçaqları var.
 
"Mən əminəm ki, Çin bazarı olmadan Rusiya özünü tam iqtisadi təcriddə hiss edəcək. Bu, Çinin edə biləcəyidir-Rusiya ilə müharibə bitənədək ticarəti məhdudlaşdırsın", - Zelenski bəyan edib və qeyd edib ki, enerjidaşıyıcılarının qiymətlərinin artımı hesabına Rusiya hazırda böyük gəlirlər əldə edir. Lakin Moskva bunu rusiyalıların tələbatlatı üçün xərcləmək istəmir, onların isə, Zelenskinin əmin olduğu kimi, insanın normal həyatı üçün ən zəruri şeylərə ehtiyacı var. Moskva silah istehsalına əlavə vəsaitlər yatırmağı və Ukrayna ilə döyüşməyi üstün tutur.
 
"Bunu dayandırmaq lazımdır", - Zelenski vurğulayıb.
 
Ukrayna lideri özünün bu yaxınlarda müharibənin qlobal ərzaq və energetika təhlükəsizliyi üçün uzunmüddətli nəticələri barədə xəbərdarlığını xatırladıb. O, əmin edib ki, yaxın zamanlarda Çin iqtisadiyyatı Rusiya-Ukrayna münaqişəsinin neqativ təsirini hiss edəcək.
 
"Tərəflərə Çindən daxil olan mallara görə deyil, enerjiresurslara görə ödəniş etmək lazım gələcək...Çindən ixrac getdikcə azalacaq. Bu, 100 faiz belə olacaq", - o, belə deyib və qeyd edib ki, bütün dünyanı lərzəyə salan müharibədən Çin kənarda qala bilməyəcək.
 
"Mən anlayıram, Çin müharibəyə öz "neytral" münasibətini saxlamaq istəyir, lakin mən qeyd etməyi mühüm hesab edirəm ki, bu münaqişə Rusiyanın Ukraynanın suveren ərazisinə təhrik edilməyən hərbi müdaxiləsinə əsaslanıb. Rusiyalılar qəsbkarlardır. Bu müharibə bizim ərazimizdə gedir, onlar bizi öldürməyə gəlib. Çin böyük və güclü ölkə kimi müdaxilə edə və "Rusiya Federasiyasını yerində oturda" bilər. Və əlbəttə ki, mən çox istərdim ki, Çin özünün Rusiya Federasiyasına münasibətinə yenidən baxsın", - Zelenski vurğulayıb.
 
Ukrayna prezidenti həmçinin Moskvanın hal-hazırda müxtəlif sektorlarda Qərbin sərt sanksiyaları ilə üzləşdiyi, yarımkeçiriciləri Qərbin diplomatik zonasına daxil olmayan Asiya ölkələrindən aldığı məsələlərinə toxunub. Bu yarımkeçiriciləri Rusiya silah istehsalı üçün istifadə edir.
 
Zelenski qeyd edib ki, müdaxilədən sonra dünyanın ən iri çip istehsalçıları Rusiyaya tədarükü dayandırıb, Rusiya uzun müddət Asiya və Qərb şirkətlərindən əldə etdiyi yarımkeçiricilərin idxalından asılı olub.
 
Zelenski bəyan edib ki, Ukrayna kəşfiyyatçıları "Çin kəşfiyyatçıları kimi səmərəli işləyir" və onun administrasiyası Moskvanın bu məsələdə hansı ölkələrə müraciət etdiyini gözəl bilir.
 
Bununla yanaşı, Ukrayna prezidenti əmin edib ki, Rusiyaya Qərb sanksiyalarından yan keçmək üçün kömək edən Asiya ölkələrinin hökumətlərini ittiham etmək istəmir.
 
"Mən bir ölkənin bizə kömək etməsindən, digərinin kömək etməməsindən danışıb, birliyi sarsıtmaq deyil, diqqəti bütün dünyanın Rusiya tiraniyasına qarşı birləşməli olduğuna yönəltmək istəyirəm", - o, deyib.
 
Ukraynanın Çindəki səfirliyinin məlumatlarına istinad edərək, Zelenski qeyd edib ki, 2021-ci ildə Çin Ukraynanın əsas ticarət tərəfdaşı olub və ticarət dövriyyəsi təxminən 19 milyard dollar təşkil edib.
 
Bu zaman prezident Si Tszinpin Ukraynanı ziyarət etməyən azsaylı dünya liderlərindəndir.
 
Sonda Zelenski ümid etdiyini ifadə edib ki, Ukrayna ilə Çin arasında münasibətlər ildən-ilə inkişaf edəcək və möhkəmlənəcək. (Moderator.az)

Geri dön