Ana Sayfa > Karusel / Gündəm > Daha əvvəl sığorta almış müharibə əlillərinə ödənişin verilməsi qaydası açıqlanıb
Daha əvvəl sığorta almış müharibə əlillərinə ödənişin verilməsi qaydası açıqlanıb5-08-2022, 12:23. Yazar: Admin |
Daha öncə sığorta ödənişi almış I Qarabağ müharibəsi zamanı xəsarət alan şəxslərə və ya onların vərəsələrinə birdəfəlik ödəmənin hansı qayda əsasında veriləcəyinə aydınlıq gətirilib. Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da deyib. O bildirib ki, əvvəlki sığorta ödənişi əgər hazırkı məbləğə uyğun hesablanıbsa, bu halda vətəndaşa hər hansısa fərq məbləği və ya sığorta ödənişinin edilməsi nəzərdə tutulmur. “O halda vətəndaşa birbaşa ödənişin verilməsi nəzərdə tutulur ki, həmin şəxs "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunda müəyyən edilmiş məbləğlərdə və ya həmin məbləğdən hesablanmış məbləğdə sığorta ödənişi almasın. Məsələn, vərəsə 8800 manat məbləğindən hesablanmaqla digər vərəsələr arasında bölgü əsasında 2000 manat sığorta ödənişi alıbsa, bu halda şəxsə yenidən sığorta ödənişinin verilməsi nəzərdə tutulmur. Amma vərəsə və ya şəxsin özü vaxtilə qanunda nəzərdə tutulmuş sığorta məbləğinin, şərti desəm 660 manat olduğu vaxtlarda, bu ödənişi alıbsa, bu halda həmin şəxslərə birdəfəlik ödənişin verilməsi nəzərdə tutulub. Bu zaman birdəfəlik ödəniş fərq formasında deyil, tam məbləğdə həmin şəxslərə ödəniləcək”, - Himalay Məmişov qeyd edib. Geri dön |