Ana Sayfa > Karusel / Gündəm > Aİ Yanukoviç və oğluna sanksiya TƏTBİQ ETDİ

Aİ Yanukoviç və oğluna sanksiya TƏTBİQ ETDİ


4-08-2022, 23:25. Yazar: Admin

Avropa İttifaqı (Aİ) Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandra sanksiya tətbiq edib.

Qarabaginfo.az xəbər verir ki, məlumat Aİ Şurasının saytında yerləşdirilib.

Bildirilir ki, Donbasda separatçı qruplarla sövdələşmələrin aparılmasında rolu olan Yanukoviç "qara siyahı"ya salınıb.

Sanksiyalar Aİ-yə girişin qadağan edilməsini və Aİ-dəki aktivlərinin dondurulmasını əhatə edir.

Viktor Yanukoviç və oğulları hələ 2014-cü ildə Aİ-nin sanksiya siyahısına daxil edilib, onlar eyni zamanda Kanada sanksiyalarına məruz qalıblar. Ukraynanın eks-prezidenti və qohumlarının həmin vaxt "qara siyahı"ya daxil edilməsinə səbəb Ukraynada dövlət vəsaitlərinin mənimsənilməsi olub. Onların Avropadakı aktivləri də dondurulub.


Geri dön