Ana Sayfa > Karusel / Gündəm > Norveç kralı xəstəxanaya yerləşdirildi

Norveç kralı xəstəxanaya yerləşdirildi


4-08-2022, 21:11. Yazar: Admin

Norveç kralı xəstəxanaya yerləşdirildi

Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.

Qarabaginfo.az xəbər verir ki, kral ailəsindən verilən açıqlamada Haraldın qızdırması olduğu səbəbilə xəstəxanaya aparıldığı bildirilib.

85 yaşlı Kralın səhhətinin stabil olduğu deyilir.

Qeyd edək ki, Norveç kralı 2020-ci ilin oktyabr ayında tənəffüs çətinliyi ilə xəstəxanaya yerləşdirildikdən sonra ürək qapağını dəyişdirmək üçün uğurlu əməliyyat keçirib.

Həmçinin Kral Harald keçən mart ayında Covid-19-a tutulub.


Geri dön