Ana Sayfa > Karusel / Region > Rusiyalı ekspert: "Paşinyan sülh danışıqlarını pozmağa çalışır"
Rusiyalı ekspert: "Paşinyan sülh danışıqlarını pozmağa çalışır"4-08-2022, 16:26. Yazar: Admin |
“Qarabağda baş verənlər Azərbaycanın xəbərdarlıq addımlarıdır. Bu addımlar ermənilər tərəfindən çoxsaylı atəşə tutulma hallarına, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh danışıqlarını pozmaq cəhdinə cavabdır”. Qarabaginfo.az xəbər verir ki, bu sözləri “Report”un Rusiya bürosuna açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin Beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko deyib. Onun sözlərinə görə, baş verənlər Azərbaycanın növbəti 20 il ərzində gözləmək niyyətində olmadığını göstərir. Ekspert açıqlamasında mövcud şəraitdə Rusiya tərəfinin neytral qaldığını vurğulayıb: "Rusiya neytral qalacaq. Ermənilərin Rusiyanın onları xilas edəcəyi ilə bağlı ümidləri əsassızdır. Buna görə də, yaxşısı budur ki, revanş haqqında xəyallar qurmaqdansa, sülh danışıqlarına getsinlər". Geri dön |