Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd edək ki, avqustun 5-də R.T.Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.
"İyulun 19-da prezidentlərin Tehranda ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara uyğun olaraq Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının, o cümlədən ticari-iqtisadi əlaqələrin gələcək inkişafı və enerji sahəsində birgə strateji layihələrin müzakirəsi planlaşdırılır", - məlumatda deyilir.